XƏFİF LƏPƏ NİŞANƏSİ

kövrək qum və alevrit çöküntülər üzərində küləyin, su cərəyanının və ya su dalğasının yaratdığı düz və ya əyilmiş paralel tirəciklər sırası (çala-çuxurlar). Qazıntı halında süxur laylarının alt səthində iz /nişanə/ şəkilində təsadüf edilir. Paleocoğrafi şəraiti, cərəyanın istiqamətini və sürətini bərpa edərkən böyük əhəmiyyəti vardır. знаки ряби ripple marks
XƏFİF LƏPƏ
XƏNDƏK
OBASTAN VİKİ
Xəfif ləpə
Xəfif ləpə (rus. рябь, ing. ripple) — küləyin təsiri altında dalğalanmanın başlanğıc forması. Dənizin hamar səthi kələ-kötürlənir və sanki pulcuqlarla /kapilyar sularla/ örtülür. Ləpələr uzun müddət qalmır, və küləyin sürəti artdıqca qravitasion dalğaya çevrilir.
Sebayaşi xəfif ləpə nişanələri
Sebayaşi xəfif ləpə nişanələri (瀬林の漣痕, Sebayaşi no renkon) – Yaponiyanın Qunma prefekturasının Kanna qəsəbəsinin yaxınlığında yerləşən təbiət abidəsi. Dağ uçurumundakı bir divarda yerləşən qədim xəfif ləpə nişanələrindən və 50-yə yaxın dinozavr izindən ibarətdir. Sebayaşi xəfif ləpə nişanələri Kanna qəsəbəsinin 299-cu magistralı boyunca davam edən Sezanami-iva adlı dağ uçurumu divarında yerləşir. Nişanələr ilk dəfə 1953-cü ildə yol tikintisi zamanı kəşf edilmişdir. Kəşf edildiyi zaman sadəcə qədim xəfif ləpə nişanələrindən ibarət olduğu düşünülürdü. Yaxınlığında yerləşmiş keçmiş bir kəndin adı ilə Sebayaşi xəfif ləpə nişanələri adlandırılmışdır. 23 iyul 1965-ci ildə təbiət abidəsi elan olunmuşdur. Qaya 1957-ci ildə Qunma Universitetinin alimləri tərəfindən araşdırılmış və xəfif ləpə nişanələrinin yanında "qəribə dəliklər"in olduğu bildirilmişdir. 1985-ci ildə ildə aparılmış araşdırmalar nəticəsində bu dəliklərin dinozavrların ayaq izləri olduğu məlum olmuşdur. Bu, Yaponiyada kəşf edilmiş ilk dinozavr izləri kimi tarixə düşmüşdür.